“İstanbulda bomba partlayışı xəbərindən sarsıldım”- İsrail Prezidenti

23:04 - 13 Noyabr 2022

“İstanbulda bomba partlayışı xəbərindən sarsıldım”- İsrail Prezidenti

“İstanbulda günahsız mülki şəxsləri hədəf alan alçaq bomba partlayışı xəbərindən sarsıldım”.

 

Manset.az xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq tviter hesabında yazıb.

“İsrail xalqı adından türk dostlarımıza və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün dünya terrora qarşı birləşməli və möhkəm dayanmalıdır”, - İsrail Prezidenti sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az