Ağ Ev Türkiyədəki terror aktını pislədi

00:21 - 14 Noyabr 2022

Ağ Ev Türkiyədəki terror aktını pislədi

"ABŞ Türkiyənin İstanbul şəhərində bu gün (dünən - red) baş verən zorakılıq aktını qətiyyətlə pisləyir".

Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer tviter hesabında yazıb.

Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, - Ağ Evin mətbuat katibi sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az