Türkiyənin xarici işlər naziri ABŞ-ı İstanbuldakı terror aktının təşkilatçılarına dəstək verməkdə ittiham edib
Manset.az xəbər verir ki, bu barədə BBC-nin Türk Xidməti məlumat yayıb:
“ABŞ-a başsağlığı verməsi ona bənzəyir ki, qatil cinayətin törədildiyi yerə ilk gələnlərdən biri olir. ABŞ Senatından terorçulara pul göndərən sözdə müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır” , - deyə bildirilir.
Bu açıqlama Ankaranın Vaşinqtonu Suriya kürdlərinin hərbi-siyasi təşkilatı olan YPG ilə əməkdaşlıqda ittiham etməsi ilə bağlıdır.