Bayden bu dövlət başçısı ilə ilk dəfə görüşəcək

11:57 - 14 Noyabr 2022

Bayden bu dövlət başçısı ilə ilk dəfə görüşəcək

ABŞ prezidenti Co Bayden və çinli həmkarı Si Cinpin Baydenin vəzifəyə başlamasından bəri ilk dəfə üz-üzə görüşəcəklər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan jurnalistlərə görüşün bir neçə saat davam edə biləcəyini söyləyib.

Ağ Ev qeyd edib ki, görüşdən konkret nəticələrin çıxması ehtimalı azdır və birgə bəyanat gözlənilmir.

Çoxdan gözlənilən görüş ikitərəfli münasibətlərin son onilliklərin ən pis həddə çatdığı bir vaxtda baş tutacaq.

İki lider İndoneziyanın Bali adasında dünyanın qabaqcıl və inkişaf etməkdə olan iqtisadiyyatlarının liderlərini bir araya gətirən illik G20 sammitindən əvvəl görüşəcəklər.

İclasda xüsusilə Tayvan, Ukrayna müharibəsi və Şimali Koreyanın nüvə fəaliyyətlərinin gündəmdə olacağı gözlənilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az