Rusiyanın xarici işlər naziri Sergey Lavrovun G20 sammiti üçün İndoneziyanın Bali adasına gəlişindən sonra xəstəxanaya yerləşdirildiyi iddia edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında xarici işlər naziri Sergey Lavrovun xəstəxanaya yerləşdirilməsinə dair mətbuatda yayılan xəbərlərin “saxta” olduğunu bildirib.
"Bu, əlbəttə ki, saxtakarlığın zirvəsidir", - Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.