NATO-nun Baş katibi Yens Stoltenberq Rusya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Manset.az xarici mediaya istindən xəbər verir ki, Baş katib mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Rusiya-Ukrayna müharibəsinə diqqət çəkib:
“Rusiyanın Xersondan çıxarılması Ukrayna Silahlı Qüvvələrinin inanılmaz cəsarətini, eləcə də Ukraynaya dəstəyimizin vacibliyini nümayiş etdirir. Biz Rusiyanı qiymətləndirməmək kimi səhvə yol verməməliyik. Rusiya Silahlı Qüvvələri əhəmiyyətli imkanları, eləcə də çoxlu sayda qoşununu özündə saxlayır. Rusiya əhəmiyyətli itkilər verməyə hazır olduğunu göstərdi”.