G20 sammitində Argentina prezidentinin halı pisləşdi

10:00 - 15 Noyabr 2022

G20 sammitində Argentina prezidentinin halı pisləşdi

Argentina Prezidenti Alberto Fernandesin Balidə “Böyük iyirmilik” (G20) ölkələrinin sammitinin açılışından sonra halı pisləşib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, o, yüksək təzyiq və başgicəllənmə səbəbindən həkimlərə müraciət edib.

Bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Bu gün Argentina Prezidenti Alberto Fernandes yüksək təzyiq və başgicəllənmədən şikayət edib. Bununla əlaqədar onun müayinədən keçirilməsi qərara alınıb”, - deyə dövlət başçısının müalicə həkiminin imzaladığı məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az