2 ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya Pfizer və Moderna şirkətlərinin verdiyi qərardan danışır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Moderna və Pfizer peyvəndlərin uzunmüddətli problemlərə səbəb olub-olmadığını araşdıracaq.
Bu çərçivədə şirkətlər peyvəndlərdən mənfi təsirləndiyini iddia edən insanları müayinə edəcək.
Bu yolla şirkətlər peyvəndin hər hansı mənfi təsirinin olub olmadığını müəyyən etməyi və müzakirələrə son qoymağı hədəfləyir.