Zelenskidən G20 liderlərinə ÇAĞIRIŞ

10:27 - 15 Noyabr 2022

Zelenskidən G20 liderlərinə ÇAĞIRIŞ

Bu gün İndoneziyanın Bali adasında G20 sammiti başlayıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı ilə sammitdə çıxış edib. 

O, öz çıxışında sammitdə iştirak edən G20 ölkələrinin rəhbərlərini öz liderliklərini gücləndirməyə və onun təklif etdiyi sülh planına uyğun olaraq Rusiya ilə münaqişəni dayandırmağa çağırıb. 

Zelenski, həmçinin Rusiya ilə əsir mübadiləsini “hamının hamıya” prinsipi ilə həyata keçirməyi təklif edib. 

Qeyd olunur ki, Zelenskinin münaqişənin dinc yolla nizamlanması və hərbi əməliyyatların dayandırılması ilə bağlı yeni tələblərinə Zaporojye AES-də radiasiya təhlükəsizliyinin bərpa edilməsi, Rusiyanın enerji resursları ilə bağlı ən yüksək qiymət həddinin tətbiq edilməsi və “taxıl sazişi”nin genişləndirilməsi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az