Ukrayna prezidenti bildirib ki, Rusiya ilə yeni Minsk razılaşması prosesi mümkün deyil və ölkəsinin effektiv təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Rusiya ilə sülhü mümkün edəcək 10 şərt açıqlayıb:
- Ukraynanın radiasiya və nüvə təhlükəsizliyinin təmin edilməsi
- Ukraynanın ərzaq təhlükəsizliyinin təmin edilməsi;
- Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsi;
- bütün məhbusların azad edilməsi;
- BMT Nizamnaməsinin yerinə yetirilməsi və Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası;
- rus qoşunlarının çıxarılması və döyüşlərin dayandırılması;
- Ədalətin bərpası
- Ekoloji soyqırımla mübarizə;
- gərginliyin artmasının qarşısının alınması;
- Müharibənin sonunu təşkil etmək