Kambocanın Baş naziri Hun Sen, G20 Sammiti üçün gəldiyi İndoneziyada Covid-19-a yoluxduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ASEAN liderləri ilə danışıqlar aparan Hun Sen bu həftə Banqkokda keçiriləcək APEC sammitində Çin sədri Si Tsinpin və Fransa prezidenti Emmanuel Makronla görüşlərini də ləğv edib.