FİFA prezidentindən dünya liderlərinə ÇAĞIRIŞ

12:48 - 15 Noyabr 2022

FİFA prezidentindən dünya liderlərinə ÇAĞIRIŞ

G20 Liderlər Zirvəsində FİFA prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı zamanı Ukraynada bir aylıq atəşkəs elan edilməsinə çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, futbolun idmandan daha çox olduğunu dilə gətirən FİFA prezidenti onun bütün dünyada böyük sosial təsirə malik olduğunu bildirib.

Futbolun dünyanı birləşdirdiyini vurğulayan FİFA prezidenti, "Hamınızdan xahiş edirəm ki, dünya çempionatı zamanı bir ay müddətində müvəqqəti atəşkəs barədə düşünəsiniz. Siz dünya liderlərisiniz, tarixin gedişatına təsir etmək qabiliyyətiniz var. Futbol və dünya kubokları sizə və dünyaya unikal birlik platforması təklif edir. Beləliklə, münaqişələrə son qoymağa başlayın. Gəlin bu fürsətdən istifadə edək" - deyib.

Bu gündən etibarən FİFA "Futbol dünyanı birləşdirir" kampaniyasına başlayıb və kampanya videosunda Kriştianu Ronaldo, Messi və Neymar kimi adlar da yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az