İstanbulda kriptovalyuta alveri ilə məşğul olan bir nəfər mübahisə etdiyi dostuna atəş açıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dostuna atəş açan şəxs sonra eyni silahla özünə də xəsarət yetirib.
Hər ikisi xəstəxanaya çatdırılıb və onların həyati təhlükəsinin davam etdiyi bildirilir.