İstanbul terroru: Ərdoğanın ABŞ liderinə izlətdiyi VİDEO

17:29 - 15 Noyabr 2022

İstanbul terroru: Ərdoğanın ABŞ liderinə izlətdiyi VİDEO

İki gün öncə İstanbulun İstiqlal küçəsində baş verən və 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi Türkiyədəki bundan öncəki qətliamlarda adı hallanan Suriya Demokratik Qüvvələri(SDQ) lideri, "Məzlum Kobani" kod adlı Fərhad Abdi Şahinin adını yenidən gündəmə gətirib.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, Məzlum Kobani Tvitter-də verdiyi açıqlamada son terror hadisəsində iştirakı ilə bağlı iddianı rədd edib. Lakin rəsmi Ankara "terror aktının sifarişinin Kobanidən gəldiyini" bəyan edib. Bundan başqa Türkiyə Daxili İşlər Nazirliyi terror aktını icra edənlərin ölkə ərazisinə Afrindən keçdiklərini açıqlayıb.

Qeyd edək ki, həm Kobani, həm də Afrin hazırda SDQ-nin nəzarəti altında olan ərazilərdə yerləşir. Digər tərəfdən, rəsmi Ankaranın ABŞ səfirinin son terror hadisəsi ilə bağlı başsağlığını qəbul etməməsi də Türkiyənin terror sifarişinin Kobanidən gəldiyi qənaətinin qəti olduğunu təsdiqləyir. ABŞ isə Suriyada daim SDQ-yə stavka etdiyini gizlətməyib. Hətta sabiq prezident Donald Tramp Türkiyənin terrorçu kimi tanıdığı Məzlum Kobaniyə bir neçə dəfə təşəkkür edib. Sosial şəbəkədə belə təşəkkür paylaşımlarından birində Donald "General Məzlum, xoş sözləriniz üçün təşəkkür edirəm. Kürd xalqına səmimi hörmətimi çatdırın. Tezliklə sizi görmək istəyirəm” sözlərini qeyd edib.

Suriya ilə bağlı Soçi razılaşmasından dərhal sonra isə Rusiya Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi yüksək səviyyəli hərbi heyət telekonfrans vasitəsilə Məzlum Kobani ilə əlaqə saxlamışdı.

Onu da qeyd edək ki, 2019-cu ildə İsrailin "Jerusalem Post” qəzetində Amotz Asa-al adlı müəllifin məqaləsində

Rusiya və Avropa ölkələrinin qanuni siyasi status verməyə çalışdıqları Məzlum Kobani kod adlı Fərhad Abdi Şahinin PKK terror təşkilatının başçısı Abdullah Öcalanın yerinə Qərb mediası və İsrail lobbisi tərəfindən hazırlanması prosesinin getdiyi iddia edilirdi.

Elə həmin ildə SDQ lideri kimi təqdim olunan terrorçunun ABŞ-a dəvət olunması rəsmi Ankarının ciddi etirazına səbəb olmuşdu.

Qeyd edək ki, son 5-6 ildə Türkiyədə həyata keçirilən bir sıra terror hadisələrində ABŞ-ın dəstəklədiyi terrorçu Məzlum Kobaninin adı hallanıb. Hətta 2019-cu ildə ABŞ-a səfəri zamanı Prezident Ərdoğan Trampa bu terror aktlarının görüntülərindən ibarət 5 dəqiqəlik videonu təqdim etmişdi. Həmin kadrlarda Məzlum Kobaninin PKK lideri Abdullah Öcalanla görüntüləri də yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az