ABŞ-da bir tədbirə qatılaraq mükafat alacaq Şahzadə Harri və Meqan Markl cütlüyünə yaxın oturmaq istəyənlər 1 milyon dollar ödəyəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, britaniyalı cütlük Şahzadə Harri və Meqan Markl Nyu-Yorkda keçiriləcək tədbirdə insan haqları mükafatını alacaqlar.
Daha əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obamanın aldığı bu mükafat dekabrın 6-da keçiriləcək mərasimdə təqdim olunacaq.
Lakin bu mərasimlə bağlı maraqlı bir detal var.
Buna uyğun olaraq kral cütlüyünə yaxın oturmaq istəyənlər 1 milyon dollar ödəməlidir.
Bu ödəniş dörd nəfəri əhatə edir və VIP masa adlanır.
Qala şam yeməyi dəvətlərindən toplanan pullarla ianələr ediləcək.