Yaxın oturmaq üçün 1 milyon dollar ödəməlidirlər...

19:49 - 15 Noyabr 2022

Yaxın oturmaq üçün 1 milyon dollar ödəməlidirlər...

ABŞ-da bir tədbirə qatılaraq mükafat alacaq Şahzadə Harri və Meqan Markl cütlüyünə yaxın oturmaq istəyənlər 1 milyon dollar ödəyəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, britaniyalı cütlük Şahzadə Harri və Meqan Markl Nyu-Yorkda keçiriləcək tədbirdə insan haqları mükafatını alacaqlar.

Daha əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obamanın aldığı bu mükafat dekabrın 6-da keçiriləcək mərasimdə təqdim olunacaq.

Lakin bu mərasimlə bağlı maraqlı bir detal var.

Buna uyğun olaraq kral cütlüyünə yaxın oturmaq istəyənlər 1 milyon dollar ödəməlidir.

Bu ödəniş dörd nəfəri əhatə edir və VIP masa adlanır.

Qala şam yeməyi dəvətlərindən toplanan pullarla ianələr ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az