Bu oyuncağın satışı qadağan olundu - FOTO

20:25 - 15 Noyabr 2022

Bu oyuncağın satışı qadağan olundu - FOTO

Türkiyədə məşhur “Huggy Wuggy” oyuncaqlarının satışına qadağa qoyulub.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Poppy Playtime” adlı oyundakı “Huggy Wuggy” personajının oyuncaqları ilə bağlı aparılan araşdırmalar yekunlaşıb. Nəticədə həmin oyuncaqların satışına qadağa qoyulmasına və satışdan yığışdırılmasına qərar verilib.

Oyuncağın istehsalı və satışı ilə məşğul olan iki şirkət isə ümumilikdə 123 600 lirə cərimələnib.

Psixoloqlar son vaxtlar populyarlaşan bu oyuncaqların uşaqlara mənfi təsiri olduğunu ifadə edirlər. Lakin nazirliyin açıqlamasında sözügedən məhsulların oyuncaqların təhlükəsizliyinin tənzimlənməsi ilə bağlı tələblərə cavab vermədiyi üçün qadağan edildiyi qeyd olunub.

Bu oyuncağın satışı qadağan olundu - FOTO


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az