İstanbuldakı partlayışda zərərçəkənlərin çoxu xəstəxanalardan buraxıldı - FOTO

20:40 - 15 Noyabr 2022

İstanbuldakı partlayışda zərərçəkənlərin çoxu xəstəxanalardan buraxıldı - FOTO

İstanbulun İstiqlal küçəsində baş verən partlayışda yaralanan 60-dan çox insan xəstəxanalardan buraxılıb.

 

Manset.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya məlumat verib.

“61 zərərçəkən evə buraxılıb, 14 xəstə xəstəxana palatalarında, 6 xəstə reanimasiya şöbəsindədir”, - o, “Twitter”də yazıb.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az