Stiv Cobsun başmaqları hərracda 218 min dollara satıldı

22:44 - 15 Noyabr 2022

Stiv Cobsun başmaqları hərracda 218 min dollara satıldı

Apple şirkətinin qurucusu Stiv Cobsun sandalları hərracda 218 min dollara satılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 60 min dollara alıcı tapacağı gözlənilən Jobsun başmaqlarını adı açıqlanmayan şəxs 218 min 750 dollara alıb.

Kaliforniya mərkəzi hərrac evindən verilən açıqlamada başmaqların yaxşı vəziyyətdə olduğu və 70-80-ci illərdə Jobsun qarderobunun əvəzsiz bir parçası olduğu paylaşılıb.

Stiv Cobs 2011-ci ildə Apple-dan ayrıldıqdan altı həftə sonra 56 yaşında mədəaltı vəzi xərçəngindən öldü.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az