Ukrayna Macarıstana neft nəqlini dayandırdı

23:40 - 15 Noyabr 2022

Ukrayna Macarıstana neft nəqlini dayandırdı

Ukrayna “Transneft”ə Macarıstan istiqamətində “Drujba” kəməri vasitəsilə neftin nəqlini dayandırdığı barədə məlumat verib.

 

Manset.az xəbər verir ki, bunu “Transneft”in sözçüsü İqor Demin bildirib.

“Ukrayna tərəfdən bizə məlumat daxil olub ki, gərginlik azalması səbəbindən nasosun dayandırılması barədə məlumat verilib”, - deyə o deyib.

Hadisə ilə bağlı Macarıstanın baş naziri Viktor Orban ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Qeyd edək ki, “Drujba” neft kəməri Belarusun neft emalı zavodlarına neft tədarükünü və onun Avropaya tranzitini təmin edir. Boru kəməri Samara vilayətindən başlayır, Belarus, Ukrayna, Polşa, Çexiya, Slovakiya, Almaniya, Macarıstan, Latviya və Litvadan keçir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az