ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp özünün hakimiyyəti dövründə iqtisadiyyatın görünməmiş şəkildə yaxşılaşdığını, Çin, Rusiya, İran və Şimali Koreyanın xarici siyasətdə ABŞ-a, xüsusən də özünə hörmət etdiyini vurğulayıb:
“Onilliklər ərzində müharibə olmadan, mən bu uzun müddət ərzində bunu edən ilk prezident idim. Dünya sülh içində idi. Amerika çiçəklənirdi və ölkəmiz şanlı gələcəyə doğru gedirdi. Çünki mən Amerika xalqına böyük vədlər vermişəm və digər prezidentlərdən fərqli olaraq vədlərimə əməl etmişəm. Bizim rəhbərliyimiz altında böyük və şanlı xalq idik. Bu, uzun müddətdir eşitmədiyiniz bir şeydir”.
“Amerikanı yenidən böyük və şanlı etmək üçün ABŞ prezidentliyinə namizədliyimi elan edirəm” – deyən Tramp hazırkı prezident Co Baydeni hədəf alaraq, “Onun hakimiyyətinin son iki ili ağrı, sıxıntı, narahatlıq və ümidsizliklə dolu olub. ABŞ alçaldıldı, rüsvay edildi, zəiflədi" – deyə əlavə edib.