Jurnalistin bu sözləri Ərdoğanı QƏZƏBLƏNDİRDİ – VİDEO

10:50 - 16 Noyabr 2022

Jurnalistin bu sözləri Ərdoğanı QƏZƏBLƏNDİRDİ – VİDEO

Prezident Ərdoğan İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Zirvə toplantısından sonra Media Mərkəzində mətbuat konfransı keçirib. Ərdoğan çıxışında sammit zamanı keçirdiyi görüşləri izah edərkən bir jurnalistin dediyi sözlər onu qəzəbləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan jurnalistin - “Türkiyə Ege, Suriya və İraqda təcavüzkar siyasət yürüdür”- sözlərinə belə cavab verib:

"Amerikada yaşayan türk olduğunuzu dediniz. Buna inanmıram. Fərqli bir irqçilik içindəsiniz. Çünki sualınız bunu tam olaraq ortaya qoyur. İraqın şimalında və Suriyanın cənubunda kürdlərlə heç bir problemimiz yoxdur. Türkiyədəki kürd vətəndaşlarımızla heç bir problemimiz yoxdur. Çünki problemimiz yoxdur”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az