İstanbulda partlayış törədən terrorçunun yeni görüntüləri ortaya çıxdı – VİDEO

11:05 - 16 Noyabr 2022

İstanbulda partlayış törədən terrorçunun yeni görüntüləri ortaya çıxdı – VİDEO

Terror təşkilatı PKK/YPG-nin Taksimdə İstiklal küçəsində partlayışı həyata keçirən terrorçunun yeni görüntüləri ortaya çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kadrlarda hadisə baş verən gün saat 15:17-də Taksim meydanından İstiqlal küçəsinə daxil olan terrorçunun bel çantası və əlində çanta ilə küçədə gəzdiyi görünür.

Üzünü çadra ilə gizlətməyə çalışan və saat 15:29-da kafenin qarşısına gələn terrorçu çanta ilə 15:30-da partlayış baş verən mağazanın qarşısında bankda oturub.

Kadrlarda təxminən 41 dəqiqə skamyada əyləşən Albəşir saat 16:11-də bel çantasını skamyada qoyub yenidən Taksim meydanına doğru getməyə başlayır və partlayış baş verən an 16:14-dən sonra qaçır.

Terrorçunun daha sonra Taksim meydanında saat 16:17 radələrində otelin qarşısında gəzdiyi anlar da qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az