Polşa prezidenti Anjey Duda bildirib ki, raketin kim tərəfindən buraxıldığına dair dəqiq dəlil yoxdur.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Duda gecə ərzində ABŞ prezidenti Co Bayden, NATO-nun baş katibi Yens Stontelberq, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolz və Ukrayna prezidenti Vladimir Zelenski ilə bir sıra telefon danışıqları apardığını bildirib.
Baydenin araşdırmaya dəstək vəd etdiyini vurğulayan Duda, " Biz çox yaxşı bilirik ki, Rusiyanın Ukraynaya raket hücumu demək olar ki, bütün gün davam edib, lakin hazırda bu raketi kimin atdığına dair heç bir aydın sübutumuz yoxdur. Araşdırmalar davam edir. Müstəntiqlər bu məsələyə aydınlıq gətirəcəklər. Çox güman ki, bu, Rusiya istehsalı olan raket idi, lakin hazırda hamısı hələ də araşdırılır” – deyib.
Polşa prezidenti sakit və ehtiyatlı davrandıqlarını bildirib:
" Hər kəsin sakit olmasını istəyirəm. Polşa əsgərləri meydandadır. Bizə müttəfiq dəstəyi var. Bizə qarşı bütün müttəfiq öhdəlikləri ciddi şəkildə dəstəklənir. Biz işləyirik".
Manşet.az