“Biz yüksək hazırlıq vəziyyətindəyik” - Polşanın müdafiə naziri Blaşçak

16:07 - 16 Noyabr 2022

“Biz yüksək hazırlıq vəziyyətindəyik” - Polşanın müdafiə naziri Blaşçak

Polşanın müdafiə naziri Mariuş Blaşçak dünən axşam saatlarında Ukrayna sərhədi yaxınlığındakı kəndə düşən raketlə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Blaşçak ölkəsinin quru qoşunları, donanma və hava hücumundan müdafiə sistemləri ilə yüksək hazırlıq vəziyyətində olduğunu açıqlayıb:

"Həm quru qüvvələri, həm də dəniz donanmasının hava hücumundan müdafiə sistemləri və hərbi birliklər yüksək hazırlıq vəziyyətindədir. Polşa ordusu vəziyyəti izləyir. Müttəfiqlərimizlə daim təmasdayıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az