Polşanın müdafiə naziri Mariuş Blaşçak dünən axşam saatlarında Ukrayna sərhədi yaxınlığındakı kəndə düşən raketlə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Blaşçak ölkəsinin quru qoşunları, donanma və hava hücumundan müdafiə sistemləri ilə yüksək hazırlıq vəziyyətində olduğunu açıqlayıb:
"Həm quru qüvvələri, həm də dəniz donanmasının hava hücumundan müdafiə sistemləri və hərbi birliklər yüksək hazırlıq vəziyyətindədir. Polşa ordusu vəziyyəti izləyir. Müttəfiqlərimizlə daim təmasdayıq".