Almaniya Polşaya belə dəstək oldu

17:30 - 16 Noyabr 2022

Almaniya Polşaya belə dəstək oldu

Almaniya Müdafiə Nazirliyinin sözçüsü Kristian Tiels Almaniyanın hava məkanının monitorinqində Polşaya dəstək verməyi təklif etdiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tiels, Polşaya Almaniyanın “Eurofighter” təyyarələrini “hava polisi” vəzifəsinə daxil etməyi təklif etdiklərini açıqlayıb:

“Polşa istəsə, bu, sabahdan etibarən edilə bilər”.

Tiels bunun üçün Polşada döyüş təyyarələrinin yerləşdirilməsinə ehtiyac olmadığını və Almaniyadakı bazalardan patrulların həyata keçirilə biləcəyini bildirib.

Bu kontekstdə Polşa tərəfi ilə təmasda olduqlarını ifadə edən Thiels Almaniyanın müdafiə naziri Kristin Lambrextin də bu gün polşalı həmkarı ilə görüşəcəyini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az