Amerika cizgi serialı “The Simpsons” dünyada baş verən hadisələri qabaqcadan bilməsi ilə daim gündəmdə olur.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, son olaraq, serialın ssenaristlərindən biri olan Al Jean, Simpsonlar-ın ABŞ seçkiləri ilə bağlı başqa bir proqnoz bildiyini açıqlayıb.
Jean, cizgi filmində Trampın 2024-cü il üçün namizədliyinin 2015-ci ildə yayımlanan bir epizodda proqnozlaşdırıldığını vizual olaraq xatırladıb. O, həmin epizoddan skrinşot paylaşıb.