Yaponiyanın paytaxtı Tokioda sərnişin qatarı naməlum səbəbdən relsdən çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzadan sonra bəzi qatarların hərəkəti dayandırılıb.
Relsdən çıxan qatarın boş olması fəlakətin qarşısını alıb.
Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.