12 gün dövrə vurub fırlandılar - VİDEO

15:36 - 17 Noyabr 2022

12 gün dövrə vurub fırlandılar - VİDEO

Çində qoyun sürüsünün maraqlı videosu diqqət çəkib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinin Daxili Monqolustan Muxtar Vilayətində onlarla qoyunun bir yerdə dövrə vurduğu görüntülər hər kəsin marağına səbəb olub.

Heyvanların sahibi bildirib ki, əvvəlcə bir neçə qoyun dövrə vurmağa başlayıb, sonra isə bütün sürü onlara qoşulub. Qadın qoyunların 12 gün dövrə vurduğunu deyib. Təsərrüfatda 34 qoyun tövləsinin olduğu və yalnız 13 nömrəlilərin bu şəkildə hərəkət etdiyi açıqlanıb.

Qoyunların nə üçün dövrə vurmasının səbəbi bilinmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az