İsrail işğal altındakı İordan çayının qərb sahilinin cənubunda yəhudi məskənlərini genişləndirmək üçün yüzlərlə hektar Fələstin torpağını ələ keçirmək üçün hərbi əmr verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yəhudi Məskənləri ilə Mübarizə Şurasının direktoru Həsən Berijiyye verdiyi açıqlamada, sözügedən hərbi əmrlə Beytlehemdən 320 hektar ərazinin ələ keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Bericiyye hərbi əmrin verildiyi tarixdən etibarən 30 gün ərzində qüvvəyə minəcəyini bəyan edib.