Rusiya ordusu son 6 gündə Ukrayna ərazisinə 150-yə yaxın raket atdı

17:16 - 17 Noyabr 2022

Rusiya ordusu son 6 gündə Ukrayna ərazisinə 150-yə yaxın raket atdı

Rusiya ordusu son 6 gündə Ukrayna ərazisinə 150-yə yaxın raket atıb.

 

Manset.az Reporta-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Yuri İqnat deyib.

Onun sözlərinə görə, raketlərdən 18-i noyabrın 17-də atılıb. Onlardan 6-sı havada vurulub.

Bundan başqa, bu gün Ukrayna səmasında İran istehsalı olan 5 “Şahid-136” pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Rusiya qoşunları noyabrın 15-də isə Ukrayna ərazisinə 111 raket buraxıb.

Baş Qərargahın məlumatına görə, Rusiyanın noyabrın 11-dən bəri Ukrayna ərazisinə atdığı 102 raket məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az