Rusiyanın Baş naziri Azərbaycana gəldi

17:22 - 17 Noyabr 2022

Rusiyanın Baş naziri Azərbaycana gəldi

Rusiya Hökumətinin sədri Mixail Mişustin noyabrın 17-də Azərbaycana səfərə gəlib.

 

Manset.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az