"İran heç vaxt nüvə silahına malik olmamalıdır" - Böyük Britaniya

12:03 - 24 Noyabr 2022

\"İran heç vaxt nüvə silahına malik olmamalıdır\" - Böyük Britaniya

İngiltərə İranın uranı yüksək səviyyədə zənginləşdirməyə başladığı barədə açıqlamasına reaksiya verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli verdiyi açıqlamada, " İran nüvə proqramını daha da genişləndirir. Bu, rejimin qlobal təhlükəsizliyə yaratdığı təhlükənin daha bir sübutudur. Öz xalqına daxildə vəhşicəsinə zülm edən bir rejim, şübhəsiz ki, xaricdəki dost və müttəfiqlərimizi hədələyəcək. İran heç vaxt nüvə silahına malik olmamalıdır" - deyib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az