Ukrayna raketi indi də bu ölkənin ərazisinə düşdü

17:21 - 29 Dekabr 2022

Ukrayna raketi indi də bu ölkənin ərazisinə düşdü

Ukraynaya məxsus S-300 raketi Belarus ərazisinə düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna ordusuna aid olduğu iddia edilən S-300 sisteminə aid raket hissələri səhər saat 10:00-11:00 arasında Belarus ərazisinə düşüb.

Məsələ ilə bağlı dərhal Belarus prezidenti Aleksandr Lukaşenko məlumatlandırılıb, Belarus Müdafiə Nazirliyi və Belarus İstintaq Komitəsinin ekspert qrupu hadisə yerində işə başlayıb.

Can itkisinin olmadığı hadisə ilə bağlı mövcud məlumatlara görə, raketin səhv yerə uçduğu və ya uçan raketin Belarus hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmuş ola biləcəyi qeyd edilib.

Cinayət yerinin dəqiq ərazisi haqqında məlumat paylaşılmayıb.

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv