Uqandada baş verən dəhşətli hadisə nəticəsində çoxlu sayda ölü və yaralı var.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Kyoqa polisinin sözçüsü Patrik Cimmi Okema, "Sərnişin avtobusunun hərəkətsiz avtomobil ilə toqquşması nəticəsində 16 nəfər ölüb, 21 nəfər yaralanıb" – deyib.
O, 12 nəfərin qəza yerində, 4 nəfərin isə aparıldıqları xəstəxanalarda həyatını itirdiyi bildirib.