Rusiya yanğınsöndürmə məntəqəsini vurdu - Ölən var

17:20 - 06 Yanvar 2023

Rusiya yanğınsöndürmə məntəqəsini vurdu - Ölən var

Rusiyanın birtərəfli qaydada elan etdiyi müvəqqəti atəşkəsin qüvvəyə minməsindən təxminən bir saat əvvəl Rusiya ordusunun hücuma keçdiyi bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, atəşkəsdən əvvəl Xersonda yanğınsöndürmə məntəqəsinə hücum edilib.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Rusiya Xersonda yanğınsöndürmə məntəqəsini bombalayıb, hücum nəticəsində bir yanğınsöndürən ölüb, dörd nəfər yaralanıb. Hücum zamanı yanğınsöndürmə texnikası və bina zədələnib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az