Seneqalda avtobus toqquşması: 40 ölü -VİDEO

17:12 - 08 Yanvar 2023

Seneqalda avtobus toqquşması: 40 ölü -VİDEO

Seneqalda yanvarın 8-də yol qəzası baş verib. “Horaire” daşıyıcı şirkətinin iki sərnişin avtobusu Kafrindən 6 kilometr aralıda toqquşub.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, avtobuslardan biri Dakardan, digəri isə Keduqudan yola çıxıb.

Qəzada ilkin məlumatlara görə, azı 40 nəfər ölüb, yüzə yaxın şəxs yaralanıb.

Seneqal prezidenti Makki Sall qəza ilə əlaqədar respublikada üç günlük milli matəm elan edib.

Hadisənin təfərrüatları araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az