Səudiyyə Ərəbistanından qadınlar üçün Həcc QƏRARI

12:50 - 09 Yanvar 2023

Səudiyyə Ərəbistanından qadınlar üçün Həcc QƏRARI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirinin müavini Əbdülfəttah Məşət bu il qadınların məhrəmsiz Həcc ziyarətinə gedə biləcəklərini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əbdülfəttah Məşət verdiyi açıqlamada bu il qadınların həcc ziyarəti zamanı yanlarında məhrəm olması şərtinin qaldırıldığını, lakin qadınların bir yerdə, qadın karvanında olmalı olduqlarını bəyan edib.

Səudiyyə Ərəbistanı əvvəllər qadınların məhrəmsiz həcc və ya ümrə ziyarətinə icazə vermirdi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az