Rusiyanın Altay vilayətinin Pankruşixinski rayonunda “Karaqanda-Novosibirsk” marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, vilayət prokurorluğunun məlumatına görə, avtobusda 54 nəfər olub. Qəza nəticəsində biri uşaq olmaqla beş nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başladılıb.