Türkiyənin Qars şəhərində şagirdləri daşıyan avtobus aşıb.
Hadisə Arpaçay rayonunun Karaurqan kəndində baş verib.
Nəticədə 13 yaşlı Gökhan Polat həyatını itirib, 14 şagird yaralanıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, əraziyə səhiyyə və polis qrupları cəlb ediliblər.
Yaralılar təcili yardım maşınları ilə Arpaçay Dövlət Xəstəxanası və Qarsdakı xəstəxanalara aparılıblar.
Avtobus sürücüsü saxlanılıb.