Türkiyədə şagirdləri daşıyan avtobus aşdı: Ölən və yaralılar var - FOTO

15:00 - 09 Yanvar 2023

Türkiyədə şagirdləri daşıyan avtobus aşdı: Ölən və yaralılar var - FOTO

Türkiyənin Qars şəhərində şagirdləri daşıyan avtobus aşıb.

Hadisə Arpaçay rayonunun Karaurqan kəndində baş verib.

Nəticədə 13 yaşlı Gökhan Polat həyatını itirib, 14 şagird yaralanıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, əraziyə səhiyyə və polis qrupları cəlb ediliblər.

Yaralılar təcili yardım maşınları ilə Arpaçay Dövlət Xəstəxanası və Qarsdakı xəstəxanalara aparılıblar.

Avtobus sürücüsü saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az