Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Türkiyə üzərindən Suriyanın şimal-qərbinə transsərhəd yardım göndərilməsini daha 6 ay uzadıb. Suriyaya yardımın böyük hissəsi Türkiyə vasitəsilə gedəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu çərçivədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (UNSC) sözügedən yardımla bağlı yeni qərar qəbul edib. Qərarla Türkiyə üzərindən Suriyanın şimal-qərbinə transsərhəd yardım daşımaları uzadılacaq.
BMT Təhlükəsizlik Şurası Türkiyə üzərindən Suriyanın şimalına yardımın davam etdirilməsini təmin edən qanun layihəsinin müddəti iyul ayına qədər təsdiqlənib.
Belə ki, yardımlar 6 ay davam edəcək.
Təhlükəsizlik Şurasının 2014-cü ildə qəbul etdiyi qətnamə layihəsinə əsasən, Suriyanın şimal-qərbindəki bölgələrə beynəlxalq yardımlar göndərilir. Uzun müddət davam edən yardım mexanizmi 2023-cü il yanvarın 10-da sona çatmalı idi.
Hazırda bölgəyə ərzaq və dərman yardımı yalnız Cilvegözü Sərhəd Qapısı vasitəsilə çatdırılır.
Davud