ABŞ prezidenti Bayden ofisindən çıxan məxfi sənədlərlə problem yaşayır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məxfi sənədlər Baydenin keçmiş şəxsi ofisində tapılıb.
Sənədlərin prezidentin 2017-ci ildən 2019-cu ilə qədər istifadə etdiyi kabinetdə “kilidli şkafda” tapıldığı bildirilir.
Yəni sözügedən sənədlər Obama dövrünə aiddir.
Ağ Evin bəyanatında, ABŞ Ədliyyə Departamentinin prezidentin keçmiş institutunun Vaşinqton ofisində tapılan potensial məxfi sənədləri yoxladığı deyilir.
Prezidentin xüsusi müşaviri Riçard Sauber qeyd edib ki, “məxfi məlumatları ehtiva edən bir neçə sənəd var. Sənədlər tapılan kimi Baydenin şəxsi vəkilləri Ağ Ev və ştatın milli arxiv agentlikləri ilə əlaqə saxlayıb”.
Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığı da daxil olan məlumatlar arasındadır.