Biz qadınların təhsilini qadağan etməmişik, təxirə salmışıq – Taliban

15:25 - 10 Yanvar 2023

Biz qadınların təhsilini qadağan etməmişik, təxirə salmışıq – Taliban

Taliban, qadınların "dəyərlərinə və qaydalarına uyğun bir mühitdə təhsil almasını" arzuladıqlarını bildirir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Taiban iddia edib ki, əfqan qadın və qızlarının məktəb və universitetlərə getməsinə həmişəlik qadağa qoyulmayıb, onlar üçün əlverişli mühit yaradılana qədər onların təhsili “təxirə salınıb”.

Müvəqqəti hökumətin sözçüsü Süheyl Şahin, "Açıq bildirmək istəyirəm ki, bu, qadınların təhsilinə daimi qadağa deyil, onların təhsili onlar üçün əlverişli mühit yaradılana qədər təxirə salınıb" deyib.

Şahin əlavə edib ki, sərt hökumət iddia edilən əlverişli vəziyyətə "mümkün qədər tez çatmaq üçün var gücü ilə çalışır".

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az