Sergey Şoyqu Putinin 2023-cü il üçün planlarını AÇIQLADI

14:12 - 10 Yanvar 2023

Sergey Şoyqu Putinin 2023-cü il üçün planlarını AÇIQLADI

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüşdə 2023-cü illə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu il əsas məqsədlərinin Rusiya ordusunun döyüş qabiliyyətini artırmaq üçün kompleks tədbirlər görmək olduğunu vurğulayan Şoyqu, “Ordumuzun Ukrayna və Suriyadakı əməliyyat təcrübəsini daim təhlil edərək, kadr hazırlığı proqramlarını və hərbi texnikanın alınması planlarını hazırlamaq üçün ondan istifadə etməliyik” – deyib.

O, Rusiyanın “nüvə üçlüyü” olaraq xarakterizə etdiyi strateji təyyarələr, qitələrarası ballistik raketlər və sualtı qayıqlardan ibarət potensialını inkişaf etdirməyə davam edəcəyini bildirib:

"Biz nüvə triadasını inkişaf etdirməyə və döyüş hazırlığı səviyyəsini saxlamağa davam edəcəyik. Nüvə qalxanı suverenliyimiz və ərazi bütövlüyümüzün əsas təminatçısıdır".

Döyüş təyyarələri və pilotsuz uçuş aparatları da daxil olmaqla Rusiya hava qüvvələrinin imkanlarını artıracaqlarını açıqlayan Şoyqu, "Bizim prioritet planlarımız arasında müasir hücum maşınları arsenalını genişləndirmək də var" – deyə əlavə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az