İzmirin Çeşme və Seferihisar Sahil Mühafizə Xidmətinin əməkdaşları Yunanıstan tərəfdən Türkiyə sularına itələnən 59 miqrantı xilas edib.
Manset.az xəbər verir ki, qanunsuz yollarla Yunanıstana keçməyə çalışan və yunan tərəfindən rezin qayıqlarla Türkiyə tərəfinə göndərilən miqrantlar sularda köməksiz qalıb.
Sahilə çıxarılan 59 miqrant prosedurların ardınca Miqrasiya İdarəsinə göndərilib.
Davud