İranın keçmiş müdafiə nazirinin müavininə ölüm hökmü verildi

10:08 - 12 Yanvar 2023

İranın keçmiş müdafiə nazirinin müavininə ölüm hökmü verildi

İranın keçmiş müdafiə nazirinin müavini Əlireza Əkbəri Britaniya adına casusluq və İranın mühüm məlumatlarını xarici kəşfiyyat xidmətləri ilə qəsdən paylaşmaqda ittiham edilərək edam cəzasına məhkum edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, daha əvvəl 2019-cu ildə İrana qarşı casusluq ittihamı ilə həbs edilən Əkbərinin Ali Məhkəmənin verdiyi edam cəzasına etirazı da Ali Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib və qüvvədə saxlanılıb.

“Əlirıza Əkbər Britaniya kəşfiyyatının ən mühüm casuslarından biri olub, o, ölkə haqqında tam şüurlu və məqsədyönlü şəkildə Böyük Britaniyanın “Mİ-6” kimi tanınan Gizli Kəşfiyyat Xidmətinə (SIS) ölkə haqqında mühüm məlumatları çatdırıb”, - deyə Kəşfiyyat Nazirliyinin bəyanatında bildirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az