Çin şirkətləri Əfqanıstanda litium və qızıl yataqlarına çıxış əldə etmək NİYYƏTİNDƏDİR

22:58 - 12 Yanvar 2023

Çin şirkətləri Əfqanıstanda  litium və qızıl yataqlarına çıxış əldə etmək NİYYƏTİNDƏDİR


Əfqanıstanın Qəzni vilayətinin Mədən və Neft Departamentinin direktoru Mövləvi Həzrəti Yusuf bildirib ki, iki Çin şirkəti əyalətdəki litium və qızıl mədənlərini idarə etməyə can atırlar.

 

Manset.az Taliban xəbər agentliyinə istinadən xəbər verir ki, Neft Departamentinin direktoru bütün əyalətdəki mədən sahələrini qiymətləndirib.

Vilayətdə hazırda 25 mədənin istehsalatda aktiv olduğunu bildirən Neft Departamentinin direktoru, son bir ildə mərmər, kükürd, daş kömür və müxtəlif qiymətli daşların olduğu 18 yeni mədən sahəsinin müəyyən edildiyini diqqətə çatdırıb.

 Neft Departamentinin direktoru bildirib ki, bu investisiyalar reallaşarsa, vilayətin iqtisadiyyatına böyük töhfə verəcək.

Müqavilənin imzalanması mərasimində Taliban administrasiyasının mədən və neft nazirinin müavini Şahabəddin Dilavər və Çinin Kabildəki səfiri Vanq Yu bəyan ediblər ki, bu addım Əfqanıstan iqtisadiyyatını və iki ölkə arasında əlaqələri gücləndirəcək.


Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az