Türkiyə ilə Suriya arasında 11 ildən bəri ilk təmasdan sonra ikinci mərhələyə keçməsi planlaşdırılan danışıqlarla bağlı Suriya prezidenti Bəşər Əsəd açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğanla görüşmək üçün şərt qoyan Əsəd Türkiyədən Suriyanın şimalındakı əməliyyatlara son qoymasını tələb edib.
Əsəd, "Bu cür danışıqlar məhsuldar olmaq və Dəməşqin gözlədiyi konkret hədəflərə çatmaq üçün Rusiya və Suriya arasında əvvəlcədən razılaşdırılmış və planlaşdırılmış şəkildə hazırlanmalıdır" - deyib.
Manşet.az